Dr RƏŞAD TALIŞİNSKİY
Azərbaycan Tibb Universitetinin Qulaq, burun, boğaz xəstəlikləri kafedrasının assistenti, Bakı, Azərbaycan
1981-1987-ci illərdə ATU-nun müalicə-profilaktika fakultəsini bitirib. 1987-1988-ci illərdə internatura, 1991-1994-cü illərdə otorinolarinqologiyadan aspirantura keçmişdir. Dissertasiya mövzusu “Uşaqlarda burun arakəsməsinin deformasiyası zamanı korreksiyaedici operasiyaların tətbiqi”. 2014-cü ildə Almaniyada “European Rhinoplasty Summit”, 2015-ci ildə İtaliyada “8th Milano Masterclass “Rhinoplasty the Matrix Reloaded” kursları keçmişdir. 1989-cu ildən otorinolarinqoloq vəzifəsində çalışır. 1994-cü ildən Azərbaycan Tibb Universitetinin QBB xəstəlikləri kafedrasında assistent işləyir.