call-for-abstract

I Azərbaycan-İtaliya rinoloji konqresi (Baku-rhino.az)

“Rinologiyada və rino-allerqologiyada yeniliklər”

6-7 aprel 2022-ci il

 

Məlumat üçün xoş gəlmisiniz

 

Konqresin dili:

•Konqresin rəsmi dili Azərbaycan və İngilis dilləridir. Konqresin əsas tədbirlərində İngilis dilindən Azərbaycan dilinə və Azərbaycan dilindən İngilis dilinə sinxron tərcümə təşkil olunacaq.

•Bütün iştirakçılar öz tədqiqatlarının nəticələrini şifahi məruzə, videoprezentasiya        (videonümayiş) və ya stend məruzə şəklində təqdim edə bilərlər.

•Məruzələrin tezisləri elmi komitə tərəfindən yekun proqrama əsas məruzəçidən doldurulmuş qeydiyyat forması alınmayana qədər daxil edilməyəcəkdir.

•Şifahi çıxışların tezisləri, videoprezentasiyaların və stend məruzələrin tezisləri nəşr olunacaqdır

•Tezislər elmi komitə tərəfindən ancaq xüsusi formada çap olunmuş şəkildə məruzəçi haqqında doldurulmuş məlumatlar ilə qəbul olunacaqdır

•Tezislər düzgün doldurulmayan halda elmi komitə onun nəşrindən imtina edə bilər.

•Reklam xarakterli məlumatların (cihaz, dərman) qəbulu elmi komitə tərəfindən imtina oluna bilər

•Birinci müəllif tezislərin qəbul olunması haqqında elmi komitə tərəfindən məlumatlandırılacaqdır

•Təqdim olunan materialın proqramın hansı (şifahi və ya stend məruzə) hissəsində çap olunması elmi komitə tərəfindən təyin olunacaqdır

•Tezislər elmi komitə tərəfindən resenziya olunur

•Çap olunmuş məlumatların doğruluğu və etibarlılığı haqqında cavabdehliyi məlumatı təqdim edən müəlliflər daşıyır

Cavabdehlik:

•Təşkilat komitəsi şəxsi hadisələr zəminində baş vermiş işlərə, xüsusi mülkiyyətinin itirilməsi və zədələnməsinə görə məsuliyyət daşımır. İştirakçıların sığortası polisi  olmalıdır.

 

Məruzələrin tezisləri

 

       Məruzələrin tezislərinin konqres katibliyinə son təqdim etmə tarixi 10 fevral 2022-ci ildir. Tezislər Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Qulaq, burun, boğaz xəstəlikləri kafedrasının dosenti Cəlilov Cabbara təqdim olunmalı və  ya ağıdakı ünvana göndərilməlidir.

Elektron poçt:   a.talishinskiy@usa.net             

          

Məruzəçilərin nəzərinə

 

        Məruzəçilər tezisləri ilə yanaşı təqdim olunan blankda “Curriculum vita”nı doldurmalı, şəxsiyyət vəsiqələrinin surətini və foto şəklini göndərməlidirlər. Məruzələr “Azərbaycan Tibb Jurnalı”nın xüsusi buraxılışında nəşr olunacaqdır.

 

Məruzəçilər üçün məlumat (informasiya)

  •         Şifahi məlumatlar:

     Hər məruzəçi məruzəsindən 2 saatdan gec olmayaraq öz məlumatını (flajkart və s.) xüsusi baxış otağında yoxlayıb təqdim etməlidir. Elmi sessiyadan sonra məruzəçi flaykartını geri götürməlidir. Məruzə müddəti 10 dəqiqə təyin olunur.

 

  •     Videoprezentasiya:

    Videoprezentasiya müddəti 10 dəqiqə təyin olunur. Nümayiş üçün flajkart qəbul olunur.

 

  •      Stend məruzə (nümayiş):

    Məruzəçi stend məruzədə göstərilən materialı reqlamentlə təyin olunan yerdə və vaxtda yerləşdirməlidir. Çıxış müddəti 5 dəqiqədir.

 

  •    Stend məruzələrin təqdimat nümayiş qaydaları:

   Ölçüsü: stend məruzə 90 sm eni və 150 sm hündürlüyündən çox olmamalıdır.

 

  •     Simvollar:

    Şriftin böyüklüyü məruzənin adında 25 mm hündürlüyündən və mətndə 10 mm-dən az olmamalıdır. Şəkillər, sxemlər, qrafiklər və digər vizual materiallar 1 metr məsafədən yaxşı oxunmalıdır.

 

Tezislərin təqdim olunma qaydaları

 

       Tezislərdə bitmiş tədqiqatların konkret nəticələri olmalıdır. Tezislərdə tədqiqatların nəticələri məruzədə veriləcək kimi ifadələr və s. işlənməməlidir.    

       Tezislərin orijinal doldurulmuş forması və həm də iki surəti, elektron forması  CD diskdə elmi komitənin ünvanına təqdim olunmalıdır.

     Tezislər Azərbaycan və ya İngilis dilində yazıla bilər. Tezislərin mətnləri verilmiş formadan bilavasitə skanə olunacaq. Ona görə də mətni onu üçün təyin olunan (ayrılan) çərçivədə yerləşdirmək lazımdır, mətni istiqamətləndirilən xəttin üstündən çap etməyin, doldurulmuş formanı qatlamayın.  Mətndə düzəliş və zədə olmamalıdır. Tezislər lazer və ya şırnaq printerdə çap olunmalıdır.

     Simvolların məsləhət görülən ölçüləri: “Times New Roman”, 12. Tezislərin maksimal həçmi – 300 söz. Çap parametrləri: 3,0x2,0x2,0x2,0 sm. Başlıq böyük həriflərlə qısaldılmamış şəkildə çap olunmalıdır. Başlıqdan sonrakı sətirdə müəlliflər və onların inisialları yazılır, akademik adlar və vəzifələr göstərilməyir. (məsələn. dosent, tibb elmləri namizədi və s.).

     Tezislərin strukturuna “İşin məqsədi”, “Material və metodlar”, “Nəticələr” və ”Yekun” daxil olur. İşin adı və tədqiqatın məqsədi mümkün qədər qısa yazılmalıdır. “Material və metodlar”, “Nəticələr” və ”Yekun” bölməsində  kifayət qədər məlumatlar yazılmalıdır ki, elmi komitə təqdim olunmuş işi qiymətləndirə bilsin.

       Tezislərdə cədvəl, qrafik və şəkil verilməyir.

       Tezislərin mətnində ümumi qəbul olunmuş qısaltmalara yol verilir, lakin ilkin qısaltmadan əvvəl mətndə onun izahatını vermək lazımdır.

       Klinik müşahidədən ibarət olan tezislər stend məruzə və ya videonümayiş kimi qəbul olunacaq.

       Müəlliflər qabaqcadan təyin etməlidirlər ki, onlar öz materialını hansı formada təqdim etmək istəyirlər (şifahi məruzə, videotəqdimat,  stend doklad və ya tezis).

       Faks, WhatsApp ilə elmi komitəyə göndərilən tezis məlumatları qəbul olunmayacaq.

     Tezislərin konqres katibliyinə son təqdim etmə tarixi 10 fevral 2022-ci ildir. Tezislər Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Qulaq, burun, boğaz xəstəlikləri kafedrasının əməkdasında qəbul olunur.

       Əlaqə nömrəsi:  +994 50-215-01-89

                                  +994 50-210-23-11

        Elektron poçt:   a.talishinskiy@usa.net

 

      Tezislər üçün forma

 

Tezisin adı

(baş hərflər ilə)                                  

 

Müəlliflər

 

Müəlliflərin iş yeri

 

MƏTN

 

 

Elmi proqram

 

- Burunun və burunətrafı ciblərin infeksion zədələnmələrinin patogenezi

- Rinologiyada immun pozulmalar və immunoterapiya

- Burun strukturları, selikli qişa, mukosiliar klirens

- Burun polipləri, patogenezi, müalicəsi

- Rinit, sinusit, astma

- Rinit və sinusitlərin alternativ müalicə metodları

- Ətraf mühit və burun

- Rinit və sinusitlərdə antiallergik və iltihab əleyhinə müalicə

- Burunətrafı ciblərin göbələk xəstəlikləri

- Rinologiyada yeni texnologiyalar

- Burunda və sinuslarda minimal invaziv cərrahiyyə

- Endonazal cərrahiyyədə naviqasion sistemlər

- Burun arakəsməsinin və balıqqulaqlarının cərrahiyyəsi; rinoseptoplastika; rinologiyada

  estetik və funksional cərrahiyyə

- Uşaqlarda rinosinusitlər

- Xorultu və yuxu apnoesi sindromu

- Likvor fistulalarının və kəllə əsasının cərrahiyyəsi

- Rinogen, orbital və kəllədaxili fəsadlar

- Burun və burunətrafı ciblərin yenitörəmələri

- Rinologiyada İmaqniq (KT, MRT)

- Pediatrik rinologiya

- Qoxu pozulmaları

- Rino-allerqologiya

- FESS

- Rinoplastika, facioplastika

 

Elmi qeydiyyat forması

 

     Elmi qeydiyyat formasının və tezislərin göndərilmə ünvanı: Bakı şəhəri, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikası  Qulaq, burun, boğaz  xəstəlikləri kafedrası.

    Əlaqə nömrəsi:  +994 50-215-01-89

                              +994 50-210-23-11

    Elektron poçt:   a.talishinskiy@usa.net

 

Mən təqdim etmək istəyirəm     □Şifahi məruzə      □Stend məruzə       □Videoprezentasiya

Məruzə üçün mənə lazımdır      □                               □                                □

Birinci müəllifin soyadı (baş həriflər ilə)

Məlumatın adı

İş yeri, vəzifəsi, elmi adı

Ünvan: şəhər, ölkə və s.

Telefon                                              Faks                                                        E-mail

Elmi katiblik tərəfindən doldurulur

Hörmətli həmkar

Sizin məlumatınız

Adı

I Azərbaycan-İtaliya rinoloji konqresinin (Baku-rhino.az) proqramına daxil edilmişdir

□ Şifahi məruzə                             □ Stend məruzə                                □ Videoprezentasiya

                                                                                                      Katiblik Baku-rhino.az

 

Elektron poçt: baku.rhinology@gmail.com 

Əlaqə: (+994) 50 243 86 71

 

Faylı seçin
* Göstərilən xanalar vacibdir