PROF. DR ƏZİZAĞA TALIŞİNSKİY MD PHD
Azərbaycan Tibb Universiteti, Qulaq, burun, boğaz xəstəlikləri kafedrasının professoru, Bakı, Azərbaycan
Azərbaycan Tibb Universitetinin otorinolarinqologiya kafedrasının professoru, Azərbaycan otorinolarinqoloqlar cəmiyyətinin sabiq sədri, İtaliya
rinoloqlar cəmiyyətinin fəxri üzvü
1961-1967-ci illərdə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib. 1967-1972-ci illərdə Rusiyanın Ryazan Tibb İnstitutunun Otorinolarinqologiya kafedrasında klinik ordinatura və aspirantura, 1982-1986-cı illərdə Moskva Burun, boğaz,qulaq elımi-tədqiqat institunuda doktorantura bitirmişdir. 1973-2017-ci illərdə ATU-nun Qulaq, burun, boğaz xəstəlikləri kafedrasının assistenti, dosenti, professoru, kafedra müdiri vəzifələrində işləmişdir. 1967-1972-ci illərdə “Otogen irinli leptomeningitin və baş-beyn absesinindiaqnostikası və müalicəsinin klinik-morfoloji məlumatları” mövzusunda namizədlik və 1986-cı ildə “Otogen sepsisin və kəllədaxili ağırlaşmalrın patogenezi, klinikası və müalicəsi”nə dair doktorluq dissertasiyaını müdafiə etmişdir. Hal-hazırda kafedranın məsləhətçi professoru vəzifəsində işləyir.